100 Greatest Rock Songs of all times

rock musicians
1. Stairway to Heaven – Led Zeppelin
2. Johnny B. Goode – Chuck Berry
3. Like A Rolling Stone – Bob Dylan
4. Respect – Aretha Franklin
5. (I Can’t Get No) Satisfaction – Rolling Stones
6. Jailhouse Rock – Elvis Presley
7. A Day In The Life – Beatles
8. Bohemian Rhapsody – Queen
9. Good Vibrations – Beach Boys
10. What’d I Say – Ray Charles
11. Papa’s Got A Brand New Bag – James Brown
12. Won’t Get Fooled Again – Who
13. All Along The Watchtower – Jimi Hendrix
14. (Sittin’ On) The Dock Of The Bay – Otis Redding
15. Imagine – John Lennon
16. Born To Run – Bruce Springsteen
17. Layla – Derek & the Dominos
18. Light My Fire – Doors
19. I Heard It Through The Grapevine – Marvin Gaye
20. Free Bird – Lynyrd Skynyrd
21. Whole Lotta Shakin’ Goin’ On – Jerry Lee Lewis
22. When A Man Loves A Woman – Percy Sledge
23. Hey Jude – Beatles
24. Hotel California – Eagles
25. Rock Around The Clock – Bill Haley & His Comets
26. You Really Got Me – Kinks
27. American Pie – Don McLean
28. Tutti Frutti – Little Richard
29. Baba O’Riley – The Who
30. Sympathy For The Devil – Rolling Stones
31. Superstition – Stevie Wonder
32. Louie Louie – The Kingsmen
33. Smells Like Teen Spirit – Nirvana
34. Bo Diddley – Bo Diddley
35. Yesterday – The Beatles
36. My Generation – The Who
37. Smoke On The Water – Deep Purple
38. Don’t Be Cruel – Elvis Presley
39. Whole Lotta Love – Led Zeppelin
40. Shake, Rattle & Roll – Big Joe Turner
41. Purple Haze – Jimi Hendrix
42. Summertime Blues – Eddie Cochran
43. In The Midnight Hour – Wilson Pickett
44. Time – Pink Floyd
45. Oh Pretty Woman – Roy Orbison
46. Sunshine Of Your Love – Cream
47. Walk This Way – Aerosmith
48. Sweet Child O’ Mine – Guns N’ Roses
49. A Whiter Shade Of Pale – Procol Harum
50. What’s Goin’ On – Marvin Gaye
51. Tears in Heaven – Eric Clapton
52. Comfortably Numb – Pink Floyd
53. Bridge Over Troubled Water – Simon & Garfunkel
54. You Shook Me All Night Long – AC/DC
55. Good Golly, Miss Molly – Little Richard
56. Everyday People – Sly & The Family Stone
57. Roundabout – Yes
58. Bye Bye Love – The Everly Brothers
59. Born To Be Wild – Steppenwolf
60. Sixty Minute Man – The Dominoes
61. Voodoo Child (slight return) – Jimi Hendrix
62. November Rain – Guns N’ Roses
63. One Nation Under A Groove – Funkadelic
64. The House Of The Rising Sun – Animals
65. Mr. Tambourine Man – Byrds
66. Let’s Go Crazy – Prince
67. Please, Please, Please – James Brown
68. Thunder Road – Bruce Springsteen
69. Somebody To Love – Jefferson Airplane
70. Dust In The Wind – Kansas
71. Slow Ride – Foghat
72. Crossroads – Cream
73. Blue Suede Shoes – Carl Perkins
74. With Or Without You – U2
75. More Than A Feeling – Boston
76. We Will Rock You – Queen
77. Go Your Own Way – Fleetwood Mac
78. 21st Century Schizoid Man – King Crimson
79. Mystery Train – Elvis Presley
80. Suite: Judy Blue Eyes – Crosby, Stills and Nash
81. Show Me The Way – Peter Frampton
82. Where Did Our Love Go – Supremes
83. My My Hey Hey (Out Of The Blue) – Neil Young
84. Money – Pink Floyd
85. Ziggy Stardust – David Bowie
86. Master of Puppets – Metallica
87. Stand! – Sly & The Family Stone
88. Sultans Of Swing – Dire Straits
89. That’ll Be The Day – Buddy Holly & The Crickets
90. Dream On – Aerosmith
91. Maybellene – Chuck Berry
92. Every Breath You Take – Police
93. Jesus Christ Pose – Soundgarden
94. For What It’s Worth – Buffalo Springfield
95. All Day And All Of The Night – Kinks
96. Tom Sawyer – Rush
97. Tangled Up In Blue – Bob Dylan
98. Hound Dog – Elvis Presley
99. Kashmir – Led Zeppelin
100. All Right Now – Free

Published in:  on İyul 2, 2009 at 20:11 Şərhlər (4)

2009 Kann Film Festivalının nəticələri/Cannes 2009 results

haneke_huppert_112579b62-ci Kann festivalı başa çatdı. Bu ilki “Qızıl Palma” mükafatını Avstraliyalı Maykl Haynekenin “Le Ruban Blanc” adlı filmi qazandı. Fransız Caskis Audiard isə “Un Prophete” filminə görə baş mükafata layiq görüldü. Ən yaxşı rejossor mükafatına isə “Kinatay” adlı filminə görə Brilliant Mendoza aldı. Münsiflər heyətinin xüsusi mükafatı İngilis rejissoru Andrea Arnoldun “Fish Tank” və Cənubi Koreyalı rejissor Park Chan-wookun “Thirst, ceci est mon sang” adlı filminə verildi.
Ən yaxşı ssenari mükafatını Çinli Lou Yeenin “Nuits d’ivresse printainere” adlı filmi qazandı.
Fransız Şarlot Geinsburg , Las von Trierin “Antichrist” filmindəki roluna görə ən yaxşı qadın aktrisası seçildi. Kristof Voltz isə Kventin Tarantinonun “Inglourious Blasterds” adlı filmindəki roluna görə ən yaxşı kişi aktyoru mükafatını aldı.
86 yaşlı Fransız rejissoru Alain Resnais də indiyı qədər gördüyü işlərə görə “xüsusi mükafata” sahib oldu.
“Qızıl Palma” mükafatı uğrunda yarışan filmlərdən başqa, digər kateqoriyalarda nümayiş olunan 26 film arasında Avstriyalı Varvik Trontonun “Samson et Delilah” adlı filmi “Qızıl Kamera” mükafatına layiq görüldü.
62-ci Kann Festivalı Jan Kounenin müsabiqə xaricində göstərilən “Coco Shanel et Igor Stravinsky” adlı filmi il bağlandı.
Festival Pete Docterin müsabiqə xaricində göstərilən “La-haut” filmi ilə başlamışdı.

Published in:  on May 30, 2009 at 20:11 Şərh yazın

62-ci Kann Film Festivalı/ Cannes film festival 2009

z_cannes_festival_logo62-ci Kann Film Festivalı, rejissor Pete Docterin müsabiqə xaricində nümayiş olunan “UP” (“Yuxarı Bax”) adlı animasiya filmiylə açıldı.

Keçən ilin ən yaxşı rejissor mükafatını alan Nuri Bilgə Ceylanın münsiflər heyətinin üzvüdür və Türk aktyorları Xədicə Aslan, Səadət İşıl Atasoy ve Kərəm Atabəyoğlunun oynadığı “Eastren Plays” adlı filmi müsabiqə xaricində nümayiş olunacaq.

Münsiflər heyətinin sədri Fransız aktrisası Isaballe Huppert olacağı festivalın bu ilki münsif heyəti üzvləri arasında, rejissor Nuri Bilgə Ceylandan başqa İngilis yazıçısı Hanif Kureishi, aktyor Shu Qi, Amerikalı rejissor James Gray və Koreyalı rejissor Lee Chang-dong var.

Festival ərzində, 32 sinema salonunda 12 gündə film sənayesi alıcıları üçün 1004 film göstəriləcək.

Festival, 24 Mayda, Jan Kouhehe’nin yenə müsabiqə xaricində göstəriləcək “Coco Chanel et Igor Stravinsky” filmiylə başa çatacaq.

FESTİVALDA MÜBARİZƏ APARACAQ FİLMLƏR:

Festivalda bu il 20 film “Qızıl Palma” uğrunda yarışacaq. Kann Film Festivalında “Qızıl Palma” mükafatını keçən il Fransız rejissoru Laurent Cantet’in “Entre les murs” filmi qazanmışdı. Bu il mükafat üçün aşağıdakı rejissorlar və onların filmləri yarışacaqdır:

* Alain Resnais “Les herbes folles”,
* Jacques Audiard “Un Prophète”,
* Xavier Giannoli “A l’origine”,
* Gaspar Noe “Soudain le vide”,
* Quentin Tarantino “Inglorious basterds”,
* Ken Loach “Looking for Eric”,
* Lars von Trier “Antichrist”,
* Michael Haneke “Le ruban blanc”,
* Pedro Almodovar “Les Etreintes brisées”,
* Isabel Coixet “Map of the sounds of Tokyo”,
* Marco Bellocchio “Vincere”,
* Jane Campion “Bright Star”,
* Andrea Arnold “Fish tank”,
* Johnnie To “Vengeance”,
* Lou Ye “Spring Fever”,
* Philippin Brillante Mendoza ”Kinatay”,
* Park Chan-wook ”Bak-Jwi”,
* Ang Lee,”Taking Woodstock”,
* Tsai Ming-Liang ”Visage”,
* Elia Suleiman “The time that remains”

Published in:  on May 22, 2009 at 20:11 Şərhlər (1)

Yes Man/Bəli cənab.

yes-man-posterFilmin rejissoru filmin ideyasını Danny Wallace’nin “Yes man” adlı bir kitabından götürmüş və ona bu əsərə bir film çəkməyi təklif etmiş və hər şey kimsəyə “yox” deməməkdən başlamışdır. Həyatda bəzi şeylərə “hə” deməklə işlərin daha da yaxşı gedəcəyinə inanaraq baş rolda Cim Kerrinin oynadığı bir film yaratmışdır.Filmin rejissoru “Break-up” (Ayrılıq) və “Bring It On” (Gənclik Atəşi) kimi filmlərin müəllifi Peyton Reed’dir. Rejissor filmdən öncə ssenarrist və Cim Kerri ilə görüşüb filmdəki ciddi və gülməli məqamları dəqiqliklə incələmiş və sonda tipik komediyadan daha fərqli bir film alınmışdır.

2.Filmdə Cim Kerri həyatda hər şeyə “yox” deyən və beləliklə də getdikcə yalqızlaşan bir obrazdır. Dostlarının təkidlərinə baxmayaraq, cəmiyyət arasına daxil ola bilməyən Karl, bir dostunun növbəti bir təklifi ilə “özünü inkişaf” kusrsuna gedir. Karl “qarşınıza çıxan fürsətləri geri çevirməyib hamısına “hə ” desək, hər şeyin düzələcəyini deyən” tədbirdən bu qərarla çıxır və işlər dəyişməyə başlayır. Bu qərardan sonra bir qızla tanış olur, karyerasında yüksəlir, dostları ilə daha çox vaxt keçirməyə başlayır və onlardan daha çox sevgi görür.

Filmin üstünlüklərindən ən birincisi komediya aktyoru dedikdə ilk ağıla gələn Cim Keridir. Görəsən baş rolu başqa biri oynasaydı film belə həvəslə seyr edilərdimi? Bu mübahisəli mövzudur.(bu rol üçün əvvəlcə Cek Blək nəzərdə tutulmuşdu). İfasına heç kimin şübhəsi olmayan Cimi burada da fərqli tərzdə görürük. Burada qarşımızda hərdən ciddiləşən lakin bunu kiçik bir hərəkəti ilə bunu komediya səhnəsinə çevirən Cim durur. Filmdə həyatını dəyişmək üçün saysız-hesabsız kurslara gedir, çox şey öyrənir. Və bunun üçün də çox vaxt sərf edir. Məsələn: koreya dilində dilindı danışdığı səhnələr üçün 10 həftə vaxt ayırıb və bungee-jumping səhnəsinin təbii alınması üçün də körpüdən özü tullanıb. Bu səhnə 1 dəfədə 6 kamerayla çəkilmişdir. Digər aktyorlar təbii olaraq Cimdən 1 pillə aşağıda qalmışlar.
Filmdən dərin bir şey gözləmək lazım deyil, lakin filmin əsas mövzusu olan “hər şeyə nə dərəcədə açığam, həmişə “yox”mu deyirəm?” kimi sualları özünüz özünüzı verə bilərsiniz. Filmin əvvəlində “görəsən məndə hər şeyə “hə” deyimmi” fikri filmin sonunda dəyişəcək. Hər halda əyləncəli film sizi gözləyir.

İstehsal: ABŞ
Janr : Komediya
Rejissor:Peyton Reed
Ssenari : Danny Wallace (Kitab), David Iserson, Andrew Mogel, Jarrad Paul
Rollarda : Fionnula Flanagan, Jim Carrey, Terence Stam
Soundtrack: Lyle Workman, Mark Oliver Everett
Yayım : Warner Bros
Vaxt :1 saat, 50 dk.
Website:http://yesisthenewno.warnerbros.com/

Published in:  on Mart 27, 2009 at 20:11 Şərhlər (1)

“Avstraliya”/Australia

l40771201837_6583Bu film ilk əvvəl rejissoru ilə cəlb edir. Baz Lurman. “Romeo və Julietta” və daha çox məşhurlaşan “Mulen Ruj” filmləri onun adı ilə bağlıdır. Uzun zamandır hər kəs Lurmanın yeni filmini gözləyirdi. Baş rollarda Nikol Kidman və Hyu Cekmanın çəkildiyi “Avstraliya” səbisizliklə gözlənilən bir film idi. Əsasən filmin açılışı çox uğurlu alınıb.
Filmdə əsl İngilis xanımı Sara Eşlini oynayan Nikol Kidman nə qədər professional aktrisa olduğunu yaradıcılığı boyu onsuzda sübut edib. Bir insan gözəl olanda onun həm də yaxşı aktyor olduğunu düşünmək bir az çətin olur. Lakin Kidman bu mərhələni çoxdan keçib.
Baş rolda Hyu Cekman “ X-man” filmindən sonra öz uğurlu işləri sırasına daha birini əlavə edib. O rolunu məharətlə, çox inandırıcı oynayamışdır.
Filmin ən çox diqqət çəkən oyunçularından biri 12 yaşlı Brendon Volters və ya filmdəki adı Nullahdır. Bu rol üçün Avstraliyada uzun müddətli aktyor axtarışına çıxıb və Voltersin ailəsi ilə uzun vaxt keçirmişlər. Sonda ailəsi və rejissor da razılığa gəliblər və beləliklə də “Avstraliya” Valtersin ilk filmi olub. Film boyunca çox yaxşı rol oynayan balaca aktyor əsasən qapqara gözləriylə baxışları sizi asanlıqla təsir altına salacaq. Metis olan Nullah, nə ağlara nə də qaralara aid olmayan bir dünyada, arada qalmağının sıxıntısını çəkir. Bu, əslində o dövrdə ölkə olaraq Avstraliyaya xas olan bir xüsusiyyət idi.
Əvvəldən sona qədər tamaşaçını maraq içində saxlayan filmin belə demək olarsa ən mənfi xüsusiyyəti 166 dəqiqə çəkməsidir. Yəni kinotearda fasilələri də nəzərə alsaq 3,5 saat vaxtınızı alacaq.
Aydınlıqdan qaranlığa doğru gedən film romantik film sevərləri, həm də macəra sevərlərin xoşuna gələcək. Bu romantik macərayla bərabər Avstraliya torpaqlarında fərqli bir hekayənin şahidi oluruq, fərqli torpaqlar və həyatlar görürük. Savaş səhnələrində həssaslığın ən yüksək səviyyəyə çatdığı, göz yaşlarını heç kimin tuta bilməyəcəyi bir anda sizi hətta ən sevdiyi musiqi belə maraqlandırmayacaq.

Published in:  on at 20:11 Şərhlər (1)

Issız adam

issiz-adam-1Alper 30 yaşında, öz restoranının sahibi yaxşı bir aşpazdır. Lüks yaşamayı sevən, işində uğurlu olan, amma şəxsi həyatı hər gün bir-birindən fərqli qadınlarla birlikdə olaraq həyatını sabitləyə bilməmiş bu adam, həyatını, bişirdiyi yemekler, birgünlük əlaqələr , pullu qadınlar ətrafında yaşayan birisiykən ; Həyatının axını, bir gün Bəyoğlu’ nun arxa küçələrindən birində , axtardığı köhnə bir musiqi valı üçün bir kitapxanaya girməsiylə dəyişər. Ada 30-a yaxın yaşında gözəl, uşaq kostyumları hazırlayıb tikən, Alperin müasir həyatının əksinə çok təvazökar, həyatı çox eniş-yoxuşlu olmayan gənc bir qadındır. Bir gün köhnə bir kitabı tapa bilmək üçün Bəyoğlu’ nda gəzərkən Alper ilə eyni kitabxanaya girir. Dəliqanlı bir adam olan Alper, Adanın gözəlliyindən təsirlənir və Adanı izləməyə başlayır. Adanın axtardığı kitabı tapır. İlk səhifəsinə telefon nömrəsini yazır. Ada’ nın iş yerinə qədər onu izləməyi, Alperin tanışissiz-adam_1 olmaq bəhanəsiylə aldığı kitabı Adaya verməsiylə sona çatır. Ada və Alperin həyatlarında ilk dəfə qarşılaşdıqları dərin eşqin ilk dəqiqələri bu kitabla başlayır. Alper qopa bilmədiyi azad həyatının içində Adaya yer açmaya çalışdıqca, həyatının daraldığını hiss edir. Sevgisi və azadlığı arasında qalan Alperin səssiz fəryadlarını eşidə bilməyən Ada, artıq özünü eşqin əlinə vermişdir. Və həyat bu dəfə də sevgi oyununun pərdələrini Ada və Alper üçün açacaq..
issiz-adam_7İstehsal: 2008 ~ Türkiyə
Janr: Dram, Romantika
Rejissor: Çağan Irmak
Ssenari: Çağan Irmak
Musiqi: Aria
Filmin Websaytı: www.issizadam.com

Published in:  on Mart 13, 2009 at 20:11 Şərhlər (5)

The best rock bands, guitarists, bass players, drummers of all times.

Bandsb000002g7g01lzzzzzzz
1. Velvet Underground
2. Pere Ubu
3. Doors
4. Faust
5. Rolling Stones
6. Can
7. Grateful Dead
8. Pink Floyd
9. Soft Machine
10. Jefferson Airplane

Guitaristsjimi_hendrix-bag
1. Jimi Hendrix (Jimi Hendrix)
2. Marc Ribot (Marc Ribot)
(then, far behind)
3. Robert Quine (Robert Quine)
4. Keiji Haino
5. Caspar Brötzmann (Caspar Brötzmann)
6. Ian Williams (Don Caballero, Storm & Stress, Battles)
7. Jeff Beck (Yardbirds)
8. Joe Baiza (Saccharine Trust, Universal Congress)
9. Jimmy Page (Led Zeppelin)

Bass playerslesclaypool
1. Les Claypool (Primus)
2. Jack Bruce (Cream)
3. Jah Wobble (Public Image Ltd)
4. Tony Levin (King Crimson)
5. Melvin Gibbs (Rollins Band, Arto Lindsay)
6. Michael “Flea” Balzary (Red Hot Chili Peppers)
7. Tony Maimone (Pere Ubu)
8. Bill Laswell (Material)
9. Fred Chalenor (Caveman Shoestore, Tone Dogs)
10. Colin Hodgkinson (Back Door)

Drummersjaki_b_by_karel_suster
1. Jaki Liebezeit (Can)
2. Charlie Watts (Rolling Stones)
3. Bill Bruford (Yes)
4. Zig Modeliste (Meters)
5. Klaus Dinger (Neu)
6. Keith Moon (Who)
7. Tim Alexander (Primus)
8. Damon Che Fitzgerald (Don Caballero)
9. Anton Fier (Golden Palominos)
10. William Calhoun (Living Colour)

Published in:  on Fevral 22, 2009 at 20:11 Şərhlər (4)

Şekspir/Shekspeare

İki sevən qəlbi ayırmaq olmaz
Xəyanət nə edər büllur sevgiyə?
Sevgi ömürlükdür, dəyişməz solmaz,
Hər vaxt rövnəq verər təmiz ürəyə.

Qarda, tufanda da yola nur səpər,
Mayakıdır, qasırğa söndürməz onu.
Zülmət gecələrdə ulduza bənzər,
Dənizçi onunla tapar yolunu.

Zamanın təlxəyi deyil məhəbbət
Vaxtı əyləndirə al dodaqlarda.
Hər şeyə hakimdir bu böyük nemət.
Əyilməz, büdrəməz çətində darda.

Əgər sözlərimdə yoxsa həqiqət
Nə mənim şerim var, nə də məhəbbət.

Məni bu cür qına: tərk edim səni,
Xətir-hörmətinə qaldım biganə.
Unutmdum əvəzsiz, nadir sevgini,
Bilmədim bəxtimsən vahid, yeganə.

Bilmədim qədrini qiymətini mən,
Əyləndim dəyərsiz kəslərlə ancaq.
Hər əsən küləyə qaldırırdım yelkən.
Düşdüm nəzərindən daima uzaq.

Təqsirim, günahım nədir, əlbəəl.
Bir-bir aydınlaşdır öz qərarınla.
Məni məhv eləmə nifrətinlə gəl.
Hər cür cəzamı ver baxışlarımla.

Sınayırdım sənin sədaqətini,
O təmiz, o bakir məhəbbətini.

Published in:  on Fevral 20, 2009 at 20:11 Şərh yazın

Uşaqlar üçün ən yaxşı film və cizgi filmləri/The best movies & cartoons for children.

shrekRejissorlar Andreq Adams və Viki Jensonun “DreamWorks” studiyasında William Steyqin eyniadlı uşaq kitabının motivləri əsasında çəkdikləri məşhur “Şrek” cizgi filmi kinosevərlər tərəfindən ən yaxşı uşaq filmi seçilib. “The Daily Telegraph” qeyd edir ki, sorğu 3 min yeniyetmə kino həvəskarı arasında keçirilib.Tammetrajlı “Şrek” animasiya filmi ekranlara 2001-ci ildə çıxıb.Film bataqlıqdakı daxmasında yaşayan və dünyada sakitliyi hər şeydən üstün tutan nəhəng divdən danışır. Lakin yerli hakim öz torpağında yaşayan bütün sehrli canlıları qanundan kənar elan edərək onları Şrekin bataqlığına sürgün edəndən sonra nəhəng yaşıl divin tənhalığı və sakitliyindən əsər-əlamət qalmır. Şrek və Eddi Merfi kimi məşhur aktyorun səsləndirdiyi çoxdanışan Uzunqulaq sehrli canlıların əvvəlki yerlərinə qaytarılması ilə bağlı danışığa gedirlər.

piratas_do_caribe_6800Uşaqlar üçün ən yaxşı filmlər siyahısında ikinci yeri 2003-cü ildə ekrana çıxan “Karib dənizinin quldurları” filmi tutur. Bu filmdə əsas rolları Conni Depp, Orlando Blum və Kira Naytli kimi məşhur ulduzlar oynayırlar.

Üçüncü yerdə böyük okean riflərinin sakinlərinin həyatından danışan və “Pixar” studiyasında çəkilən “Nemonun axtarışında” cizgi filmi gəlir.

Dördüncü yeri “Oyuncaqların hekayəsi” filmi tutur.

İlk beşliyi Harri Potter barədə epopeyanın birinci hissəsi – “Harri Potter və fəlsəfə daşı” tamamlayır

Published in:  on Fevral 6, 2009 at 20:11 Şərh yazın

"Valkyrie əməliyyatı"/ "Valkyrie"

operasyon-valkyrie-1İkinci dünya müharibəsi dövründə bir neçə Alman əsgəri Adolf Hitlerə qarşı sui-qəsd planlaşdırırlar. Bundan əlavə müharibəni bitirmək adı ilə öz hərbi qüvvələrini səfərbər edirlər. Bu əməliyyatı Valkyrie adlandırırlar.Filmin mövzusu həyatda baş vermiş hadisədən götürülüb. Stauffenbergin filmin əvvəlində Hitlerin divardakı bir şəklinə baxaraq “Divardan asılı şəkil enəcək, rəsimdəki adam asılacaq” sözü də bir növ baş verəcək hadisədən xəbər verir.

Filmin gündəmə gəlməsinin əsas səbəblərindən biri şübhəsiz ki, baş roldu Tom Kruzun oynamasıdır. Hər yeni filmində “yalnızca yaraşıqlı” olmadığını sübut etməyə çalışan Kruz, bu dəfə “Colonel Stauffenberg” adı ilə qarşımızdadır. Bir bombalama nəticəsində bir gözünü və əllərinin yeddi barmağını itirən bir əsgər rolunu oynamaq o qədər də asan iş deyil, lakin Kruz bunu öhdəsindən məharətlə gəlir və özünü bir daha sübüt edir. Yəni burada biz “yaraşıqlı kişi” yox, əlil olmağına baxmayaraq ölkəsi üçün bir şey etməyə çalışan bir əsgəri izləyirik.

valkyrie_82

Bir suiqəsd hekayəsi izlədiyinizi bilirsiniz və sanki siz də onlarla birlikdə suiqəsdə hazırlaşırsız. Suiqəsd gününə addım-addım yaxınlaşdıqca gərginlik artır və sizi də buna doğru sürükləyir. Heç kimin diqqətini çəkmədən Kruzun üç barmağı ilə bombanı hazırladığı və masanın altına yerləşdirdiyi səhnə filmin zirvəsidir. Bill Nighy, Kenneth Branagh ve Tom Wilkinson kimi aktyorların filmdə rol oynaması isə filmi daha da inandırıcı edir.

İstehsal : 2008, ABŞ / Almanya
Janr: triller, drama, bioqrafiya, tarix.
Rejissor:Bryan Singer
Ssenari:Christopher McQuarrie, Nathan Alexander
Rollarda:Tom Cruise, Eddie Izzard, Tom Hollander, Bill Nighy, Thomas Kretschmann, Terence Stamp, Tom Wilkinson, Kenneth Branagh, David Bamber.
Musiqisi: John Ottman
Müddəti: 2 saat 00 dəq
Website: www.valkyrie.unitedartists.com

26 dekabr 2008-ci ildən kinotetrlarda.

Published in:  on Fevral 2, 2009 at 20:11 Şərh yazın